Civey şirkətinin sorğusuna əsasən, almanların əksəriyyəti gələn il daha yüksək inflyasiya gözlədiklərini qeyd edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sentyabrın 8-dən 12-nə qədər 2500 iştirakçı ilə aparılan sorğuda Almaniyada 68 faizlə enerji böhranı birinci, ikinci yerdə isə 64 faizlə inflyasiya gəlir.


Sorğunun nəticəsi göstərdi ki, inflyasiya insanları narahat edir və iştirakçıların yüzdə 48-i heç bir qənaət tapa bilmir.


Qeyd edək ki, bahalı enerji və ərzaq Almaniyada inflyasiyanı son 50 ilin ən yüksək səviyyəsinə çatdırıb.