Tesla 383 min 830 ədəd avtomobil satmağı bacarıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, avtomobil nəhənginin saytındakı hesabata görə, ilin üçüncü rübündə cəmi 383 min 830 avtomobil satılıb. Bu satışların 18 min 672-si Model S və Model X satışlarından ibarət olarkən, 325 min 158-i Model 3 və Model Y satışları olaraq açıqlanıb. Şirkətin anbarlarında 20 min avtomobilin olduğu bildirilir.


Qeyd edək ki, İlon Mask Tesla-nın "AI Day" tədbirində 160.000 Tesla istifadəçisinin indi tam avtonom sürücülük beta çıxışına malik olduğunu açıqlamışdı.