Texnologiya dünyasının ən əhəmiyyətli şirkətlərindən biri olan "Google", süni intellektə malik video yaratma platforması "Imagen Video"nu təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, digər platformalarla oxşar iş fəaliyyətinə sahib olan "Imagen Video", süni intellekt dəstəyi sayəsində videolar yarada bilir.


İstifadəçisindən lazımi məlumatları alan "Imagen Video" daha sonra istədiyiniz videonu yaradır. "Google"un verdiyi məlumata görə, "Imagen Video" ilk növbədə 16 kadr yaradır. Daha sonra digər kadrlar əlavə edir və 1280×768 piksel təsvir ölçülü 128 kadrdan ibarət videolar yaradır.