Türkiyənin aparıcı tədbirlərindən biri olan "Uludağ Ekonomi Zirvesi" (UEZ) başladı!


Facemark.az "Uludağ Ekonomi Zirvesi"nin media tərəfdaşıdır!


UEZ2022 zamanı I panel spikerlərindən seçilmiş fikirləri təqdim edirik:


“Metaverse ilk çıxdığı dönəmlərdəki qədər məşhur deyil. İnsanın 5 duyğu sistemi var. Meta bunların hələlik ikisinə xitab edir: Görmə və eşitmə. Tam virtual dünya olması üçün digər üçü üzərində də iş getməlidir.


E-dövlətdə keçən il 3 milyard əməliyyat olub. Bu oflayn olsa, nə boyda xərc yarada biləcəyini düşünün. Hazırda 6800 xidmət verilə bilir. İndiyə qədər 60.6 milyon istifadə edib.”


Ali Taha Koç / T.C. Cumhurbaşkanlığı Digital Dönüşüm Ofisi Başkanı



“Türkiyənin bütün bölgələri üzrə “beceri haritamız” var. Hər-hansı bölgədə iş qurmaq istəyən hər-hansı şirkətə o zonada hansı bacarıqlarda nə qədər adam var, nə iş bacarırlar, hazırda harada işləyirlər verə bilirik.


Türkiyədə hazırda mövcud 204 universitetdə data təhlil mərkəzi var. Karyera Mərkəzi bütün tələbələri qeydə alır və onların fəaliyyətini izləyir.


"I İstanbul HR Forum" 40 ölkədən iştirakçı ilə birlikdə keçiriləcək. Türkiyənin ən dəyərli varlığı insandır.”


Salim Atay / T.C. Cumhurbaşkanlığı İnsan Kaynakları Ofisi Başkanı





“Dünyada inflyasiya artmağa davam edəcək. İndiyə qədər heç olmayan qədər dünyada izafi pul var. Bu pulu yönləndirmə üçün qaynaqlar çox deyil. Əvvəllər insanlar hansısa sektoru inkişaf etdirmək ideyasını tapıb maliyyə qaynaqlarını ora yönəldirdi. Amma indi dünya maliyyə sektoru pulu hara axıdırsa, ora inkişaf edir. Nümunə kimi bu yaxınlarda Azərbaycan İqtisadiyyat Naziri ilə görüşdə nazir dedi ki, biz maliyyə qaynağı tapmaqda çətinlik çəkdiyimizə görə yeni neft quyularına investisiya etmədik. Bir çox ölkələrdə də belə olduğu üçün neft bahalaşıb. Qısası, dünya maliyyə sistemi müəyyən edir gələcək istiqamətləri. Sonda isə onu deməliyəm ki, bu sistem özünü alt-üst etməsə yenidən şəkillənə bilməyəcək. Yəni dünya yeni iqtisadi dəyişikliklərə hamilədir. “The Man in the White Suite” filmini mütləq izləyin."


Göksel Aşan / T.C. Cumhurbaşkanlığı Finans Ofisi Başkanı



“Dünya hazırda 2 böyük çağırışla üz-üzədir. İqlim dəyişikliyi və Enerji İnflyasiyası. Son illərdə biz təchizat prosesində havaya zərərli maddələr atılmasını 50%-dək azaltmışıq. Bu data təhlili sayəsində mümkün oldu”.


Shailesh Jejurikar / PG Global COO





“Texnologiya şirkətləri Türkiyədə 2021-də 1.6 mlrd dollar yatırım etdi. Bu ilin ilk yarısı isə 1,5 mlrd dollar civarıdır”


Burak Dağlıoğlu / T.C. Cumhurbaşkanlığı Yatırım Ofisi Başkanı



"Uludağ Ekonomi Zirvesi"ni linkə keçid alaraq canlı izləyə bilərsiniz.

Qeyd edək ki, Facemark.az komandası hazırda "Uludağ Ekonomi Zirvesi"ndə iştirak edir.