Hindistanın ən böyük və ən parlaq festivalına sayılı günlər qalıb. Diwali Festivalı bu il oktyabrın 22-26-da keçiriləcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Coca-Cola" bu il Diwali Festivalı üçün də yeni layihə həyata keçirib. Standart "Coca-Cola" şüşələrindən fərqli olaraq, məhdud sayda içkilər indi bluetooth parolları ilə kilidlənir. "Coca-Cola"dan dəvətnamə kimi istifadə ideyası Ogilvy India reklam agentliyi tərəfindən imzalanıb.