“ÜNLÜ & Co”dan mobil investisiya proqramı: “Piapiri” təqdim olunub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, investisiya səbətləri, robot ticarət siqnalları və sənaye ekspertlərinin hesabatları ilə investisiya üçün rəqəmsal ekosistem təqdim etmək məqsədi ilə hazırlanmış “Piapiri”, eyni zamanda investisiya məsləhətçisi kimi də xidmət etməyi hədəfləyir.


Yeni istifadəyə verilən "Piapiri" tətbiqi investisiya xidmətləri və aktivlərin idarə edilməsi qrupu “ÜNLÜ & Co” tərəfindən hazırlanıb.


Ətraflı üzvlük mərhələsinə sahib olan “Piapiri” həm “iOS”, həm də “Android” platformaları üçün tətbiq dəstəyinə malikdir. Əlavə edək ki, “Piapiri” hesabınızı sizə yönləndirilmək üçün video zəng və ya kuryer vasitəsilə aça bilərsiniz.


Məsləhətçi kimi də fəaliyyət göstərən "Piapiri", eyni zamanda istifadəçilərinə ani birja məlumatları, xəbərlər, balans hesabatı və gəlir hesabatı, səviyyə analizi, klirinq analizi, broker təşkilatı paylamaları və investisiya etmək istədiyiniz sahə ilə bağlı Tvitlər kimi mühüm detalları təqdim edir.