cümə axşamı, 27 yanvar 2022

“İdeal” parfum və kosmetika mağazaları şəbəkəsi yeni ilə yeni imic kampaniyası ilə girdi

28395

Son zamanlar yenilikləri ilə adından tez-tez söz etdirən “İdeal” parfum və kosmetika mağazaları şəbəkəsi yeni il ərəfəsi öz yeni imic kampaniyasına start verdi. Kampaniya çərçivəsində yeni TV çarxın çəkilməsi, radio adaptasiyalar, veb saytın yenilənməsi, yeni paket dizaynları, yeni imicə uyğun stanart və non-standart bannerlərin hazırlanması və s. nəzərdə tutulmuşdu. İmic kampaniyasının hazırlanması üçün “Love İstanbul”, “Alametifarika”, “Leoburnett” kimi tanınmış agentliklərdən təkliflər alınmış və sonda “Alametifarika”nın verdiyi kreativ təklifi qəbul edilmişdir. Xatırldaq ki, “Alametifarika” reklam agentliyi Türkiyədə Turkcell, Vodafone, Garanti Bankası, Türk Hava Yolları kimi şirkətlərin rəsmi reklam tərəfdaşıdır. Baş rol üçün isə Türkiyədə və eləcə də Azərbaycanda bir çoxlarının sevimlisi, “Ezel” filmindən yaxşı tanıdığımız (Eyşan) Cansu Dere çəkilmişdir. İmic kampaniyasına sloqan olaraq "Gözəlliyin adresi" seçilmişdir. Musiqidə azərbaycan dilinə adaptasiyanı isə xalq artisti Brilliant Dadaşova səsləndirmişdir.

TV çarx:

Kreativ: Alametifarika (Serdar Erener)

İstehsal: Kala Film (Hakan Yonat)

Müsiqi bəstəkarı: Nil Karaibrahimgil

Aktrisa: Cansu Dere

Azərbaycan dilinə adaptasiya: Brilliant Dadaşova

Çəkilişlər İstanbulda  Şişhane, Bankalar caddesi kimi fərqli məkanlarda çəkilmişdir və maksimum Bakı şəhərinin mənzərəsini xatırladan elementlərdən istifadə olunmuşdur. 1 aylıq hazırlıq işləri zamanı İdeal mağazası birəbir eynilə maket olaraq qurulmuş və dayanmadan 49 saat çəkiliş getmişdir.

Bu gündən başlayaraq bütün tv və radio kanallarda, şəhərimizdəki əksər outdoorlar, metro və avtobuslar, internet saytlarda tizerlər yayımlanmaqdadir.

Çəkilişin kamera arxası görüntüləri:

 

 

 

Radio çarx:

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik