Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Böyük Britaniyanın kredit reytinqini "AA-" olaraq təsdiqləyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada İngiltərə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr aparılıb.


Açıqlamada Böyük Britaniyanın kredit reytinqinin "AA-" olaraq təsdiqləndiyi, kredit reytinqinin proqnozunun stabildən mənfiyə dəyişdirildiyi bildirilib.


Ölkədə yeni hökumətin iqtisadi strategiyasının bir hissəsi olaraq açıqlanan maliyyə paketinin orta müddətli dövrdə maliyyə açıqlarında əhəmiyyətli artıma səbəb olacağı ifadə edilən açıqlamada, İngiltərədə orta inflyasiyanın mərhələli şəkildə olacağı təxmin edilir. 2024-cü ildə yüzdə 4-ə enişin ardından 2022-ci ildə yüzdə 8,9'a yüksəldiyi bildirilib. .


“Enerji tariflərinin dəstəklənməsinə və təklif olunan vergi endirimlərinə baxmayaraq, iqtisadiyyatın 2023-cü ildə daralmasını gözləyirik”, - deyə bəyanatda deyilib.