Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple", "iPhone 14 Pro"nu artıracaq.


Bazar araşdırması şirkəti "TrendForce", Amerika texnologiya nəhəngi "Apple"ın aşağı tələbat səbəbindən orta səviyyəli "iPhone 14 Plus" smartfonunun istehsalını azaltdığını və "iPhone 14 Pro"nun istehsalını artırdığını açıqlayıb. Şirkətin son hesabatında daha bahalı "iPhone 14 Pro" seriyasının ümumi istehsaldakı payının ilkin olaraq planlaşdırılan 50 faizdən ilk növbədə 60 faizə yüksəldiyi və gələcəkdə bu rəqəmin 65 faizə yüksələ biləcəyi bildirilir.


"Apple", "Reuters"in məsələ ilə bağlı suallarını cavablandırmayıb.