Supermarketləri kassirsiz bazara çevirən “Trigo” 100 milyon dollarlıq investisiya alıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, supermarketlər üçün kassirsiz texnologiyalar inkişaf etdirən “Trigo” , “Temasek Holdings” və “83North”-un rəhbərlik etdiyi investisiya turunda 100 milyon dollarlıq investisiya alıb.


2018-ci ildə “Daniel Gabay” və “Michael Gabay” tərəfindən istifadəyə verilən “Trigo” mağazanın rəqəmsal əkizini yaratmaq üçün tavana quraşdırılmış kameralar və rəf sensorları ilə mövcud supermarketləri təhlil edir və beləliklə, onları tam avtonom rəqəmsal mağazalara çevirir. Sürücüsüz avtomobillərdəkilərə bənzər kompüter görmə alqoritmləri insanlar və mallar arasında qarşılıqlı əlaqəni qeyd edir.


Şirkətin işlədiyi bazar şəbəkələri arasında Böyük Britaniyadan “Tesco” , Almaniyadan “REWE” , Hollandiyadan “ALDI Nord” , Münhendən “Netto” , İsraildən “Shufersal” və “ABŞ”dan “Wakefern “var.
“Trigon”un həmtəsisçisi və baş direktoru Michael Gabay, tezliklə daha böyük mağazalarla fəaliyyət göstərəcəklərini bildirib. Asiya və digər qitələrdə xidmətə başlayacaqlarını da bildirib.