"Apple" 16 düymlük ekranlı "iPad" modeli üzərində işləyir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Apple" sakitcə "M2" çipi ilə təchiz edilmiş yeni "iPad Pro" və yeni 10-cu nəsil "iPad" modelini təklif edib. "The Information"ın şirkətə yaxın mənbələrə əsaslanan hesabatına görə, "Apple" gələn il maraqlı "iPad" modeli ilə çıxış edə bilər.


"Apple"ın 14 və ya 15 düymlük "iPad" modeli üzərində işləməsi ilə bağlı sızıntılar daha əvvəl ortaya çıxıb. Bu gün qarşılaşdığımız məlumata görə, "Apple" 16 düymlük ekranlı "iPad" modeli üzərində işləyir.


Yeni 16 düymlük "iPad" modelinin 2023-cü ilin son rübündə təqdim ediləcəyi gözlənilir. Xatırladaq ki, "Apple"ın indiyə qədər istehsal etdiyi ən böyük "iPad"in ekran ölçüsü 12,9 düym idi. Gələn il ortaya çıxacaq "iPad" modeli ilə bu vəziyyətin dəyişməsi gözlənilir.