Bu yaxınlarda "Twitter" işçilərinin 75%-ni işdən çıxaracağını bildirən Elon Musk fikrini dəyişib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter"ə etdiyi 44 milyard dollarlıq təklifə görə potensial investorlarla təmasda olan və investorlara "Twitter"in yeni sahibi olacağı təqdirdə işçilərin 75%-ni işdən çıxaracağını söyləyən Elon Musk yenidən gündəmə gəlib.


Musk yaxın adamlarına "Twitter" işçilərinin 75%-ni işdən çıxarmayacağını bildirib. "Twitter"in təxminən 7500 işçisi var. Musk şirkətin işçilərinin 75%-ni ixtisar etsə, şirkətin işçilərinin sayı təxminən 2000 nəfərə qədər azalacaq. "Twitter"in bu vəziyyətdə fəaliyyətini davam etdirməsi mümkünsüz görünür.
Digər tərəfdən, ara-sıra ixtisarların ola biləcəyini dilə gətirən Elon Muskın işdən çıxmasının işçiləri çox narahat etməsi də söz-söhbətlər arasındadır. Elon Muskın bəzi məsələlərdə mövqeyini bəyənməyən və işdən çıxarılacağından narahat olan "Twitter" əməkdaşlarının şirkətdən ayrıldığı məlum olub.