İlon Maskın "Twitter"i satın almaq cəhdi bu gündən etibarən bəlli olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Mask "Twitter"i niyə aldığını sosial mediada açıqlayıb. Uzun müddətdir gündəmdə olan "Tesla" və "SpaceX"in qurucusu İlon Maskın "Twitter"i satın almaq cəhdi bu gündən etibarən bəlli olub. Həmin gün "Twitter" hesabında paylaşdığı yazıda Mask "Twitter"i rəsmi olaraq aldığını və bu təşəbbüsün səbəblərini açıqlayıb.


Mask: "Bunu insanlığa kömək etmək üçün almışam"


"Hörmətli "Twitter" reklamçıları" qeydi ilə paylaşdığı şərhdə Mask, "Twitteri satın alma motivasiyamı şəxsən sizinlə bölüşmək istədim. "Twitter"i niyə aldığım və reklam haqqında nə düşündüyümlə bağlı çoxlu spekulyasiyalar oldu və əksəriyyəti səhv idi” - deyə qeyd edib.