Texnologiya nəhəngi "Apple", "iOS 16.1" yeniləməsi ilə "NFT" platformaları üçün yeni "App Store" qaydalarını yayımlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya nəhəngi "Apple", son "iOS 16.1" yeniləməsi ilə "NFT" və kriptovalyuta mübadiləsi ilə bağlı "App Store" qaydalarına dair bir sıra yeni təlimatlar yayımlayıb. Dərc edilmiş yeni qaydalara əsasən, rəqəmsal sənət əsərləri "App Store"da dərc edilmiş proqramların içərisində tapıla biləcək və "NFT" platformalarında tətbiqdaxili satınalmalara icazə veriləcək.


"Apple"ın hər "NFT" satışından yüksək pay almaq istədiyini söyləyə bilərik. "NFT" bazar platformaları "Apple"ın tətbiqdaxili alışlarda 30 faizə qədər komissiyası səbəbindən tətbiqlərini "App Store" vasitəsilə əlçatan etməkdən çəkinir. "NFT" bazar platformalarından alınan bu yüksək komissiyanın məbləğində heç bir dəyişiklik görünmür.