Rusiyada “dost olmayan ölkələr”ə qarşı əməliyyatlara yeni qadağa qüvvəyə minib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məhdudiyyətlərin tətbiq ediləcəyi banklar arasında "Deutsche Bank", "Intesa", "HSBC" və "Unicredit Bank" da var. Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla ölkədə fəaliyyət göstərən və “dost olmayan ölkələr”ə aid olan bank və bank qurumlarına məhdudiyyətlər qoyulub.
Fərmana əsasən, Rusiyada 45 bank və bank qurumunun səhmləri və ya nizamnamə kapitalı ilə bağlı əməliyyatlar qadağandır, belə əməliyyatlar isə yalnız xüsusi icazə ilə həyata keçirilə bilər. Məhdudiyyətlərin tətbiq ediləcəyi banklar arasında "Deutsche Bank", "Intesa", "HSBC" və "Unicredit Bank" da var. Avqustun 5-də qeyri-dost ölkələrdən gələn investorlara ölkədə strateji şirkətlərin səhmlərinin ticarəti qadağan edilib.