İlon Maskın "Twitter müqaviləsi" rəsmiləşdirildikdən sonra onun açıqlamaları davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Mask "Twitter"in məzmun moderasiya şurası yaradacağını bildirib. İlon Maskın "Twitter"i rəsmi satın alması məzmuna müdaxilə ilə bağlı narahatlıqları artırsa da, Mask bu mövzuda bir şuranın yaradılacağını açıqlayıb.


Mask "Twitter" hesabından verdiyi açıqlamada, "Twitter müxtəlif perspektivləri olan məzmun moderasiyası şurası quracaq. Bu şuranın iclasından əvvəl heç bir mühüm məzmun qərarı verilməyəcək və ya qadağan edilmiş hesab bərpa edilməyəcək və ya blokdan çıxarılmayacaq", - o bildirib.