"Meta" bu yaxınlarda üçüncü rüb üçün balans hesabatını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta", çətiri altında olan "Instagram"ın "Facebook-"a yaxınlaşaraq aylıq 2 milyard aktiv istifadəçiyə çatdığını bildirib.


"Instagram", "Facebook"un aktiv istifadəçilərinin sayına çatıb. 2,69 milyard aylıq aktiv istifadəçisi olan "Facebook"u gündəlik 2 milyarddan çox istifadəçisi olan "WhatsApp" izləyir. Dünya üzrə bütün "Meta" tətbiqlərinin aktiv istifadəçilərinin sayı 3,7 milyarda çatıb.


2018-ci ildə ilk dəfə 1 milyon aktiv istifadəçiyə çatan Instagram, bu məlumatlardan sonra tətbiqini yeniləyərək, istifadəçilərin maraqlarına uyğun yazılar təqdim etməyə və "TikTok" kimi qısamüddətli video formatını tətbiqə inteqrasiya etməyə başlayıb.