"Tesla"nın "CEO"su Elon Musk, "Twitter"də ödənişli reklamları müvəqqəti olaraq dayandırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, avtomobil istehsalçısı "General Motors" milyarder sahibkar və "Tesla"nın sahibi Elon Muskın "Twitter" sosial media platformasını 44 milyard dollara almasını başa vurduqdan sonra sosial media platformasında ödənişli reklamları müvəqqəti dayandırmaq qərarına gəlib.


Musk bu həftənin əvvəlində şəxsi "Twitter" hesabında sosial media platformasını idarə etməyə yanaşması ilə bağlı qeyd yerləşdirməklə reklamçıların qorxularını yatırmağa çalışıb. Elektrikli avtomobil satışında "Tesla" ilə rəqabət aparmağa və ya hətta onu ötməyə çalışdığı üçün Muskın vədləri "GM" üçün kifayət olmaya bilər.