Reper Kanye Uestin 2008-ci ildə Qremmi mükafatlandırma mərasimi zamanı geyindiyi ayaqqabılar Sotheby's hərrac evində 1,8 milyon dollara satılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hərracla satılan ən bahalı ayaqqabı kimi qeydə alınan "Nike Air YEEZY"nin bu il hərrac ünvanının Christie's olduğu açıqlanıb. Lakin hərrac evi satışı ləğv edib.
Artnet News-a danışan Christie's sözçüsü," Rares" idman ayaqqabısı investisiya platforması tərəfindən hərrac evinə göndərilən əşyanı bir daha satmayacağını bildirib.
"Rares" hələ bir açıqlama verməsə də, internet saytında və sosial media hesablarında "Nike Air YEEZY" adı çəkilmir.