"Adobe"nin "Photoshop" və "Illustrator" kimi proqramlarda təklif etdiyi Pantone rəng kitabxanası artıq ödənişlidir. Bir çox sektorda standart olan rəng bölümündəki rənglər, lisenziya alınmadığı təqdirdə köhnə layihələrdə istifadə edilə bilməyəcək.


Facemark.az xarici mənbəyə istnadən xəbər verir ki, "Pantone"un iş modelindəki dəyişikliklə "Photoshop", "Illustrator" və "InDesign" kimi proqramlar kitabxanasındakı Pantone rəngləri pullu olub. Bu rənglərdən istifadə etmək istəyən istifadəçilərdən ayda 15 dollar və ya ildə 90 dollar ödəmələri istənilməyə başlanıb.


İstifadəçilər Pantone rənglərindən istifadə edərək əvvəlki layihələrini açarkən lisenziya xəbərdarlığı ilə qarşılaşıblar. Lisenziya alınmasa, layihədəki Pantone rəngləri qara ilə əvəz olunub.