"Tinder"in sahibi olan "Match Group", "Tinder"in ödənişli abunəçilərinin üçüncü rübdə 7% artdığını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Hinge" və "OkCupid"in də sahibi olan şirkət eyni rübdə 810 milyon dollarlıq satış əldə edib. "Match Group", "Tinder"in bu uğurunun bütün tətbiqlərə aid olmadığını, məsələn, daha aşağı gəlir səviyyəsinə xitab edən "Plenty of Fish" adlı tətbiqdə eyni müvəffəqiyyətin təkrarlanmadığını ifadə edib. Qlobal iqtisadi yavaşlamaya diqqət çəkən şirkət, oxşar müsbət mənzərənin gələcəkdə baş verə bilməyəcəyini vurğulayıb. Digər tərəfdən, "Tinder"in ödənişli abunəçilərinin sayının artması insanların çətin həyat şəraitində belə tanışlıq tətbiqlərindən imtina edə bilməməsi kimi şərh edilib. "Tinder" cəmi təxminən 100 milyon istifadəçisi olan "Match Group"un ən vacib tətbiqidir.