"Interbrand Top Global Brands" 2022 siyahısını paylaşıb.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 100 brendin ümumi dəyərinin yüzdə 16 rekord artımla 3 trilyon dolları keçdiyi 2022-ci ildə texnologiya markaları ilk 10-luqda üstünlük təşkil etməyə davam edib. Uzun illərdir dəyişməz qalan zirvənin sahibi "Apple" 18 faizlik artımla liderliyini möhkəmləndirərkən, keçən il siyahıda üçüncü yerdə görünən "Microsoft" ikinci yeri "Amazon"dan alıb. Üçüncü yerə enən "Amazon"u dördüncü yerdə "Google", beşinci yerdə isə "Samsung" tutur.


“Coca-Cola” yeddinci yerə enərək altıncı yeri “Toyota”ya təhvil verib, “Mercedes-Benz” isə səkkizinci yerini qoruyub. Bir pillə irəliləyən "Disney" 9-cu yeri tutduğu halda, ötən il 11-ci olan "Nike" sonuncu yerdən ilk 10-luğa daxil olub. 2021-ci ilin ən dəyərli qlobal brendləri arasında 9-cu yeri tutan "McDonald's" bu il 11-ci yerə düşüb.
"Top Global Brands" 2022-ci ildə ikinci yeri tutan "Microsoft" brend dəyərini keçən illə müqayisədə 32 faiz artırıb və ən sürətlə böyüyən brendlər arasında birinci olub. İlin ən sürətlə böyüyən brendi "Microsoft"u 2021-ci ildə bu sahədə liderlər olan "Tesla" və "Chanel " izləyib. Hər iki brend öz brend dəyərini 32 faiz artırmağı bacarıb.