"Snapchat" istifadəçilərə əlavə reallıq ilə tətbiqdə eynək sınamaq imkanı vermək üçün "Amazon" ilə əməkdaşlıq edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Snapchat", istifadəçilərə "Costa Del Mar", "Maui Jim", "Oakley", "Persol", "Ralph Lauren" və "Ray-Ban" kimi məşhur eynək brendlərinin məhsullarını artırılmış reallıq ilə sınaqdan keçirmək imkanı vermək üçün Amerikanın e-ticarət nəhəngi "Amazon" ilə əməkdaşlıq edəcək.


“Snapchat” və “Amazon” ortaqlığı ilə istifadəçilər müəyyən eynək markalarının məhsullarını artırılmış reallıq dəstəyi ilə "Amazon"da sınaqdan keçirə və bəyəndikləri eynəkləri "Amazon"da ala biləcəklər. Tətbiqdəki məhsullar real vaxt rejimində "Amazon"da stokda olan məhsullardan ibarət olacaq. Bu proqramla "Snapchat" alış-veriş prosesini dinamik saxlamağı hədəfləyir.