"Flood Hub" alətinin ən son yeniləməsi ilə yanğın və daşqın xəbərdarlığı üçün xəbərdarlıq sistemini genişləndirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Google", daşqınları proqnozlaşdıran və yanğınları izləyə bilən sistem hazırlamaq üçün süni intellektdən istifadə edir. "Google", süni intellektlə işləyən "Flood Hub" alətinin 18 ölkədə və çay hövzələri üçün daşqın proqnozlarını təqdim edəcək. Rəng kodlu sancaqlar ilə "Flood Hub" daşqının nə vaxt və harada olacağını proqnozlaşdırır və istifadəçiləri məlumatlandırır. Bu vasitə ilə şirkət insanların daşqının nəticələri ilə mübarizə aparmağa və hökumətlərə reaksiya verməyə kömək edə biləcəyini düşünür. Daşqın fəlakətlərinin hər il 250 milyondan çox insana təsir etdiyini söyləyən "Google"un, "Böhranlara müdaxilə üzrə vitse-prezidenti" Yossi Matias, rəsmi bloq yazısında “Coğrafi əhatə dairəsinin bu genişlənməsi süni intellektə əsaslanan daşqınların proqnozlaşdırılması modellərində əldə etdiyimiz son nailiyyətlər sayəsində mümkündür və biz daha çox ölkəyə genişlənməyə sadiqik.” kimi ifadə edilmişdir. Daşqın xəbərdarlığı ilə yanaşı, "Google" meşə yanğınları xəbərdarlığının genişləndirilməsini elan edib.