Haker hücumuna məruz qalan şirkət pulların çıxarılmasını dayandırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Deribit", hack hücumu səbəbiylə 28 milyon dollar kripto pul itirib. Mövzu ilə bağlı təfərrüatları "Twitter"də paylaşan şirkət bu açıqlamanı verib; “Deribit təhlükə altındadır, lakin müştəri vəsaitləri təhlükəsizdir və itkilər şirkətin ehtiyatları hesabına ödənilir". Bu hücumdan sonra "Deribit", müştəri aktivlərinin təsirlənməyəcəyini vurğulayıb. Onlar "BTC", "ETH" və "USDC" cüzdanlarını karantinə aldıqlarını və təhlükəsizlik yoxlamalarını davam etdirdiklərini bildiriblər. Onlar zəifliyin bağlandığına əmin olana qədər işlərinə davam edəcəklərini və pul əməliyyatlarını dayandıracaqlarını açıqlayıblar.