"Goldman Sachs" baş iqtisadçısı bildirib ki, "FED"in aqressiv faiz artımlarına və geosiyasi qeyri-müəyyənliklərə baxmayaraq, ABŞ iqtisadiyyatının tənəzzüldən qaçması “çox ağlabatandır”.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Goldman Sachs" iqtisadçısı Jan Hatzius, ABŞ iqtisadiyyatının tənəzzüldən qaçmasının "çox ağlabatan" olduğunu söyləyib. Bank dünyanın ən böyük iqtisadiyyatının yaxın 12 ayda tənəzzülə uğraması ehtimalını 35 faiz səviyyəsində saxlayıb. Bu, "Wall Street" gözləntilərindən aşağıdır.


Hatziusun fikrincə, ABŞ iqtisadiyyatı nominal əmək haqqı artımının yavaşlaması, əmək bazarında balansın bərpası və inflyasiyanın yavaşlaması kimi amillərlə tənəzzüldən qaça bilər. "Bloomberg"in keçən ay etdiyi anketdə, gələcək 12 ayda tənəzzül gözləməsi yüzdə 50-dən yüzdə 60-a yüksəlmişdi. "Goldman"ın fikrincə, "ABŞ"dan fərqli olaraq Avrozona və Böyük Britaniya tənəzzüldən xilas ola bilməyəcək."