"Twitter"in yeni sahibi Elon Musk, sosial media şirkətində başqa bir şəxsi açılan hesabların xəbərdarlıq edilmədən həmişəlik bağlanacağı ilə hədələyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Elon Musk şəxsi hesabında etdiyi paylaşımda "Bundan sonra fərqli kimlikdən istifadə edilərək açılan saxta hesablar daimi olaraq bağlanacaq" ifadəsini işlədib. “Twitter”in açıqlamasından əvvəl şirkətdəki işdən çıxarılmalara etiraz olaraq kimliyini “Elon Musk” olaraq dəyişən şəxslərin sosial mediada hesabları bağlanıb. Sosial media şirkətinin “sıfır tolerantlıq” praktikasından mənfi təsirlənən və hesabları bağlanan məşhurlar arasında kino sənətçisi Keti Qriffin də olub.