"İqtisadiyyat Araşdırmaları İnstitutu" yüksək qaz və neft qiymətlərinin bu il Almaniya iqtisadiyyatında 64 milyard avro gəlir itkisinə səbəb olacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yüksək qaz və neft qiymətlərinin Almaniya iqtisadiyyatında milyardlarla avro real gəlir itkisinə səbəb olduğu və bu il üçün real gəlir itkilərinin 64 milyard avro civarında olacağı və bunun ölkənin gəlirinin 1,8 faizini təşkil edəcəyi ifadə edilib.


Araşdırmada keçən il sözügedən real gəlir itkisinin 35 milyard avronu keçdiyi və "ÜDM"in 1 faizini keçdiyi, gəlir itkilərinin qarşıdakı illərdə də davam edəcəyinin gözlənildiyi bildirilib.