Yaponiya hökuməti evlərdəki kondisionerləri uzaqdan idarə etməyin yollarını axtarır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə üz tutan, lakin səmərəliliyi iqlim şəraitindən asılı olan ölkə gələcəkdə qarşılaşa biləcəyi müxtəlif problemlər üçün tədbirlər görməyə çalışır. Hökumət evlərdəki kondisionerləri uzaqdan idarə etmək, kondisionerlərin parametrlərini dəyişdirmək və ya hətta proqnozlaşdırılan işıqsızlıq saatlarında onları söndürmək yollarını axtarır. Yaponiyada evlərdə kondisionerdən istifadə daxili elektrik enerjisi xərclərinin 30%-ni təşkil edir. Yaponiyada uzaqdan idarə olunan kondisionerlərin uzun müddətdir istifadə edildiyini və yeni kondisioner modellərinin internet bağlantısı sayəsində uzaqdan idarə oluna biləcəyini nəzərə alsaq, kondisionerlərin hökumət tərəfindən idarə olunması üçün infrastruktur hazırlamaq asan görünür.