"TAT Gıda", "KAP"a verdiyi açıqlamada, "Şirkətimiz AYİB ilə maksimum 20 milyon avroya uyğun gələn avro və ya tl ilə kreditin istifadəsi üçün müqavilə imzaladı" deyib.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, müxtəlif investisiya xərclərinin və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə maksimum 20 milyon Avroya bərabər məbləğdə avro və ya tl ilə kreditin istifadəsi üçün müqavilə imzalanıb. Kredit xəttinin ilk 10 milyon avrosu ümumi ödəmə müddəti 5 il, 18 ay güzəşt dövrü ilə, sonrakı 5 milyon avrosu isə 3 illik güzəşt dövrü ilə olacaq.