Çin, dünyanın ən böyük "Iphone" fabrikində "Covid-19" məhdudiyyətlərinin davam edəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, davam edən məhdudiyyətlərin bayram dövründə "ABŞ"a göndərilən "iPhone" sayına və telefon satışlarına təsir edəcəyi gözlənilir.


Çində "Apple"ın ən böyük "iPhone" qurğusunun yerləşdiyi Zhengzhou şəhərində karantin ləğv edilsə də, şəhərin bəzi hissələri hələ də yüksək riskli sayılır.


"Foxconn Technology Group"un "iPhone City" kimi tanınan fabrikində davam edən məhdudiyyətin istehsal bazasına daxil olan və çıxan malların axınını məhdudlaşdıracağı gözlənilir.


"iPhone" tədarüklərinin mümkün azalmasının "ABŞ"da qarşıdan gələn Şükran Günü və Qara Cümə günlərində "iPhone" satışlarına təsir edəcəyi gözlənilir.


Çin hökuməti məhdudiyyətin nə vaxt qaldırılacağı ilə bağlı hələ qərar verməsə də, "Foxconn" sözçüsü bildirib ki, hələlik fabrikdə istehsal “qapalı dövrə” deyilən mühitdə davam edəcək.