"ABŞ"ın investisiya bankı "Goldman Sachs" hesab edir ki, Çin iqtisadiyyatının tam yenidən açılması ölkənin fond bazarı üçün 20 faizlik qazanc deməkdir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qeyddə bankın iqtisadçıları Çin hökumətinin 2023-cü ilin ikinci rübündə "COVID" qaydalarını yüngülləşdirməyə başlayacağını gözlədiklərini söyləyirlər. "Goldman" analitikləri, "Covid" məhdudiyyətlərinin qaldırılmasının "bazar üçün ən görünən, çoxdan gözlənilən və güclü yüksəliş katalizatorlarından biri" ola biləcəyini qeyd edərək, səhm bazarlarının ümumiyyətlə beynəlxalq açılışdan daha çox daxili siyasətin yumşaldılmasına daha müsbət reaksiya verdiyini əlavə edib.