TikTok”, “ABŞ” bazarında funksiyasını sınaqdan keçirməyə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ““TikTok” həmçinin “ABŞ” bizneslərini satış üçün “TikTok” mağazasına dəvət edib.
Tətbiq daxilində məhsul almağa imkan verən bu yeni funksiya həftənin əvvəlindən sınaq versiyası ilə ABŞ istifadəçilərinin diqqətinə təqdim edilib.


Bununla belə, “TikTok” sözçüsü Laura Peres də xüsusiyyətin “ABŞ”da sınaqdan keçirildiyini təsdiqləyib. Bu məqamda xatırladaq ki, “TikTok”un iyul ayında paylaşdığımız mağaza bölməsi o dövrdə İndoneziya, Vyetnam, Sinqapur və Böyük Britaniyada istifadəyə verilmişdi. Funksiyanın “ABŞ” istifadəçilərinə açılması o deməkdir ki, böyük auditoriya “TikTok” mağazasındakı məhsullarla maraqlanacaq.