Milyonlarla fərdi məhsulu daşınmaq üçün qablaşdırmadan əvvəl ayırd etmək və daşımaq qabiliyyəti ilə "Amazon"un ən yeni ağıllı robot sistemi "Sparrow" təqdim edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, logistika sənayesi üçün robotların istifadəsi ilk dəfə deyil, lakin "Amazon"da işə başlayan "Sparrow" bir çox cəhətdən robot texnologiyasının sənayeyə inteqrasiyasının zirvəsini təmsil edir. "Sparrow"u xüsusi edən başqa bir detal onun "Amazon"un daxili mühəndisləri tərəfindən hazırlanmasıdır. Sənaye robototexnikasında böyük irəliləyiş əldə edən "Sparrow"un bir çox sahəyə, xüsusilə logistika sektoruna ilham verəcəyini təxmin etmək çətin deyil. Hər gün "Amazon"un göndərdiyi təxminən 13 milyon paketi nəzərə alsaq, şirkətə hər şeydən çox vaxta qənaət edəcək.