"ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi" iki uğursuz cəhddən sonra özünün "Artemis 1" meqa raketini Aya göndərməyi planlaşdırır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "NASA"nın Ayda daimi varlıq yaratmaq üçün yeni missiyası həm də Marsa gələcək səfərə hazırlaşmaq üçün yeni kəşflər deməkdir. "Artemis 1" missiyasının direktoru Mayk Sarafin, "Vaxtımız yaxınlaşır. Ümid edirik ki, çərşənbə olacaq"deyib. "NASA" tərəfindən indiyə qədər dizayn edilmiş ən güclü raket olan "Space Launch System" raketinin ilk buraxılışı çərşənbə günü yerli vaxtla saat 01:04-ə təyin edilib. Başlanışı 100 min insanın izləyəcəyi gözlənilir. Buraxılış avqustda texniki çətinliklər və sentyabrda İan qasırğası səbəbindən təxirə salınmışdı.