50 ildən sonra yenidən Aya eniş etməyi planlaşdıran NASA, üç mərhələli Artemida layihəsinin ilk mərhələsini işə salıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Orion kosmik gəmisinin 25 günlük səyahəti bu gün NASA-nın yeni nəsil raket buraxılış sistemi SLS-in Kennedi Kosmik Mərkəzindən buraxılması ilə başlayıb. Bu səyahətin dördüncü günündə Ay orbitinə çatacaq Orion orbitdə 17 gün qaldıqdan sonra Yerə qayıdacaq.


Əvvəlcə avqustun 29-na planlaşdırılan buraxılış sensorun nasazlığı səbəbindən sentyabrın 3-nə təxirə salınmışdı. Sentyabrın 3-nə planlaşdırılan buraxılış hidrogen sızması səbəbindən bu günə qədər təxirə salınıb.