Səudiyyə Ərəbistan keçən ay "OPEC+" toplantısında qəbul edilən gündəlik 2 milyon barel azalma qərarının bir hissəsi olaraq neft ixracını kəskin şəkildə azaldıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan tədarükləri noyabrın ortalarına qədər əvvəlki ayla müqayisədə gündə təxminən 430,000 barel və ya 6 faiz azalıb. Digər konsaltinq şirkəti "Vortexa", gündəlik təxminən 676.000 barel azalma olduğunu bildirib.