"Esas Holding" və Ali Sabancı da daxil olmaqla "Pegasus" səhmdarları 7,16 milyon səhmi satışa çıxarıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Pegasus"un sahibi "Esas Holding" və digər fərdi səhmdarlar, "JPMorgan", "Goldman Sachs" vasitəsilə satışa təxminən 7 milyon səhm təklif etmək qərarına gəliblər. "Esas Holding" səhmlərinin təxminən 6,25 faizini satacaq. Fərdi səhmdarlar Ali İsmail Sabancı, Emine Kamışlı, Kazım Köseoğlu və Can Köseoğlu şirkətin buraxılmış kapitalının təxminən yüzdə 0,75-ni satacaqlar. Səhm üçün 50 günlük hərəkətli ortalama 295,83 tl səviyyəsindədir.


Sövdələşmənin yekun şərtləri sürətləndirilmiş tələb toplama prosesi nəticəsində müəyyən ediləcək.