"Skyroot" startapı tərəfindən hazırlanmış raket "Hindistan kosmik tədqiqatlar təşkilatı" tərəfindən uğurla buraxılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dörd il əvvəl qurulan bir startap olan "Skyroot", Hindistan kosmosu ilə birlikdə hind dilində "başlanğıc" mənasını verən "Prarambh" adlı missiya çərçivəsində 6 metr uzunluğunda, 550 kiloqram ağırlığında karbon lifli raket "Vikram-S"ni uğurla buraxıb. 2020-ci ilin iyun ayında özəl şirkətlərə "Hindistan kosmik tədqiqatlar təşkilatı"nın infrastrukturundan istifadə etməyə imkan verən tənzimləmə edilib. Daha sonra "ISRO"nun kommersiya qolu kimi yaradılmış "NewSpace India Limited" özəl sektorla "ISRO" arasında körpü qurmaq məqsədi daşıyırdı.
İki keçmiş "ISRO" əməkdaşı tərəfindən qurulan və dəyəri 165 milyon dollar olan "Skyroot", "ISRO" ilə müqavilə imzalayan ilk startapdır.