Noyabrın 22-də Tovuz rayonunda Gənc Sahibkarların III Forumu keçiriləcək.
Facemark.az Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytına istinadən xəbər verir ki, forum Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə olacaq.
Qeyd edək ki, forumun məqsədi gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin müzakirəsidir.
Linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.