Fransanın "Renault", "Peugeot" və "Citroen" kimi şirkətlərinin istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğu bildirilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Ticarət Nazirliyi"nin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib. Nazirliyin qərarı çərçivəsində Fransanın firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimiz avtomobil idxalı yalnız Yapon, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobilləridir." deyib.


İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox "Peugeot", "Renault" və "Citroen" kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər.