"Google" tərəfindən ötürülən məlumata görə, canlı görüntü funksiyası London, Los-Anceles, Nyu-York, Paris, San Fransisko və Tokioda mövcud olacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Google" xəritələr xidmətini yeni funksiyalarla gücləndirməyə davam edir. "Live Wiev", yəni canlı görüntü adlı artırılmış reallıq xüsusiyyətinin yeni imkanları haqqında təfərrüatları paylaşan "Google", keçən sentyabr ayında sözügedən xüsusiyyətin müəyyən şəhərlər üçün mövcud olacağını açıqlamışdı. "Live View" funksiyasının gələn həftə həm "iOS", həm də "Android" platformaları üçün əlçatan olacağı gözlənilir.


Çox sadə istifadə məntiqinə malik "Live View" xüsusiyyəti smartfonunuzun kamerası ilə istifadə edilə bilər.