"Facebook" bəzi şəxsi məlumatları profil səhifələrindən silməklə bir dövrü bağlayır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Facebook" təqdim etdiyi məlumat mübadiləsi mühiti ilə çox populyarlaşıb, dünya üzrə yüz milyonlarla, hətta milyardlarla istifadəçiyə çatıb. Onların "Facebook" profillərindəki qutular digər "Facebook" istifadəçilərini etdikləri yazılarla məlumatlandırmaqdan əlavə, istifadəçilər haqqında məlumat əldə etmək imkanı da verirdi. Bu qutularda olan məlumatlardan inanc, siyasi fikir, ünvan və cinsi seçim məlumatları profillərdən silinəcək. Sosial media eksperti Matt Navarra bu dəyişikliyin insanların "Facebook" haqqında düşüncələrini istiqamətləndirmək üçün ediləcəyini bildirir.


Məlum olduğu kimi, populyarlığını itirən "Facebook" sosial media istifadəçiləri tərəfindən nisbətən yaşlı istifadəçilərin xitab edən platforma kimi qəbul edilir. Bu addım "Facebook"un yenilənməsi üçün vacibdir.