Avtomobil bazarı 2022-ci ilin oktyabr ayında 2021-ci ilin oktyabr ayına nisbətən 14,1% artaraq 910 min 753 ədəd təşkil edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2021-ci ilin oktyabr ayında Avropa avtomobil bazarı 798 min 505 ədəd olub. Hesabatda avtomobil satışları 2022-ci ilin yanvar-oktyabr dövründə yüzdə 7,8 azalıb. "Avtomobil Distribyutorları Assosiasiyası"nın oktyabr ayı üzrə Avropa avtomobil bazarı məlumatlarına görə, avtomobil bazarı 2022-ci ilin yanvar-oktyabr dövründə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalaraq 9 milyon 181 min 660 ədəd təşkil edib.


2021-ci ilin eyni dövründə avtomobil bazarı 9 milyon 960 min 682 ədəd olub.