İyun ayı etibarilə Çində internet istifadəçilərinin sayı 1 milyard 110 milyona çatıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iyun ayına qədər Çində onlayn ödəniş xidmətlərindən istifadə edən abunəçilərin sayı 872 milyona, onlayn alış-veriş edənlərin sayı isə 812 milyona çatıb. Çinin kənd yerlərində internetə giriş nisbəti 59,2 faiz təşkil edib. İnfrastruktur işlərini sürətləndirən Çin bu ilin fevral ayının sonuna qədər cəmi 792 min "5G" baza stansiyasına çatıb.
Eyni zamanda, bazar subyektlərinə daha çox dinamizmin təmin edilməsi istiqamətində görülən işlər çərçivəsində bu il kiçik və orta sahibkarlar üçün internetə çıxış xidmətlərinin 10 faiz azaldılması nəzərdə tutulur.