"Google"un axtarış xidmətlərinə Ukraynanın işğal olunmuş Donetsk və Luqansk vilayətlərindən Rusiya yönümlü administrasiya tərəfindən “terrorizmi və bütün ruslara qarşı zorakılığı təriflədiyi” üçün giriş bloklana bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Donetsk Xalq Respublikası" adı ilə müstəqilliyini elan edən bölgənin lideri Puşilin sosial mesajlaşma tətbiqi "Telegram"da yayımladığı mesajda, “Ukrayna və Qərbin qeyri-insani təbliğatı uzun müddətdir bütün sərhədləri pozur.Ruslara qarşı real təqib, yalan və dezinformasiya kampaniyası gedir" deyib.


"Google"u bu səylərin liderlərindən biri olmaqda günahlandıraraq, "ABŞ hökumətinin göstərişi ilə bütün ruslara, xüsusilə Donbas əhalisinə qarşı terroru və şiddəti tərifləyən təbliğat aparır" deyib.