Fransada elektrik enerjisinin ötürülməsi şəbəkəsi 2023-cü ilin yanvar ayında vətəndaşları elektrik enerjisi istehlakını azaltmağa çağıra bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "RTE" qapalı nüvə reaktorlarını yenidən işə salmağın vaxt tələb etdiyini və bunun elektrik sisteminə böyük təzyiq göstərə biləcəyini açıqlayıb. Qeyd olunub ki, 2023-cü ilin yanvar ayında elektrik enerjisinin kəsilməməsi üçün vətəndaşları elektrik enerjisi istehlakını azaltmağa çağırmaq olar.


Ölkədəki 56 nüvə reaktorundan 24-nün bağlandığı bildirilib.