"LNG" alıcıları üçün böyük əhəmiyyət kəsb edən, başlanğıc tarixi 2026-cı ilə qədər olan bütün uzunmüddətli "LNG" müqavilələrinin satıldığı ortaya çıxıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, başlanğıc tarixi 2026-cı ilə qədər olan bütün uzunmüddətli "LNG" müqavilələri satılıb. İllər ərzində etibarlı tədarük və qiymət sabitliyini təmin edən bu müqavilələr alıcılar üçün böyük əhəmiyyət kəsb edir. "LNG" ixrac layihələrinə investisiyaların az olması səbəbindən tədarükün də illərlə məhdud olacağı gözlənilir. Bundan əlavə, Avropaya ixrac edilən Rusiya qazı tamamilə kəsilərsə, 2025-ci ildə dünyada 7,6 milyon ton "LNG" qıtlığının olacağı proqnozlaşdırılır.
Bu arada Avropanın Rusiyadan gələn nefti "LNG" ilə əvəz etmək qərarı bazarda daha da fəsadlar yaradır.