Almaniyada şirkətlər yüksək enerji və xammal qiymətləri səbəbindən artan xərclərini müştərilərinə tam əks etdirmirlər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Almaniya İqtisadi Tədqiqatlar İnstitutu" şirkətlərin qiymət artımlarına dair “Almaniya Biznes Sorğusu”nun nəticələrini dərc edib. Müvafiq olaraq, Alman şirkətləri son bir neçə ayda artan istehsal və alış xərclərinin yalnız 34 faizini müştərilərinə ötürüb. Zəif tələb, yüksək rəqabət təzyiqi və uzunmüddətli müqavilə şərtləri şirkətlərin qiymətləri qaldırmasına mane olub.
6550 şirkətin iştirak etdiyi sorğuya əsasən, alman şirkətləri 2023-cü ilin aprel ayına qədər artan xərclərin 50 faizini müştərilərinə köçürməyi planlaşdırır.