2019-cu ildə istifadəyə verilən "Twitter" alternativi "Hive Social" bu yaxınlarda 1 milyon istifadəçiyə çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Mastodon" istifadəçi sayının artması ilə yeganə "Twitter" alternativi deyil. Bu müddətdə Z nəsli yönümlü "Hive Social" da istifadəçi sayını 1 milyona çatdırıb. "Hive Social", "Mastodon" kimi mərkəzləşdirilməmiş bir tətbiq deyil. Bu baxımdan daha çox "Twitter"ə bənzəyir. "Hive Social" sosial media platforması yalnız mobil cihazlara diqqət yetirir.


Hazırda tətbiqi internet üzərindən istifadə etmək mümkün deyil, lakin gələcəkdə bununla bağlı müxtəlif təkmilləşdirmələrin olub-olmadığını görəcəyik.